Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.07.2025 - Jurnalist İlqar Qasımov
Jurnalist İlqar Qasımov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, təhlükəsiz şəhər kamerasının quraşdırılması ilə bağlı hesabında paylaşaraq ictimailəşdirdiyi məsələyə DİN tərəfindən operativ reaksiya verildiyini və dərhal müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib. İ.Qasımov vətəndaş müraciətlərinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.
24.07.2025 - Vətəndaş Kamran Yusifzadə
Vətəndaş Kamran Yusifzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Baş Dövlət Yol Polisi İdarəsində müvafiq araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu qeyd edərək BDYPİ-nin əməkdaşlarına təşəkkür edir.
24.07.2025 - Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Dəmirçi kənd sakini Aytac...
Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Dəmirçi kənd sakini Aytac Ələkbərova məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
24.07.2025 - Xətai rayon sakini Xuraman Hüseynova
Xətai rayon sakini Xuraman Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.07.2025 - Vətəndaş Eleonora Həsənova
Vətəndaş Eleonora Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.07.2025 - Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Dəmirçi kənd sakini Rəbbil...
Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Dəmirçi kənd sakini Rəbbil İsmayılov məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
24.07.2025 - Nizami rayon sakini Elnur Kəramətzadə
Nizami rayon sakini Elnur Kəramətzadə məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.07.2025 - Əcnəbi vətəndaş Umair Rafique
Əcnəbi vətəndaş Umair Rafique DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq göstərilən köməkliyə görə Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.07.2025 - Vətəndaş Mövlan Cəfərov
Vətəndaş Mövlan Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.