Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Aişə Cəfərzadə DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən qısa müddətdə məsələnin araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Fərhad Abbasov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Rusiya Federasiyası vətəndaşı olan qohumunun Nazirliyə etdiyi elektron müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Nilufər Qarazadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Metropolitendə Polis İdarəsinə etdiyi müraciətinə operativ reaksiya verildiyini və zəruri tədbirlərin dərhal həyata keçirildiyini vurğulayır. 
Vətəndaş müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Nigar Qasımova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciəti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. N.Qasımova müracətinə operativ baxılmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Daşkəsən rayon sakini Nicat Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Asəf Zeynalov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir. 

Vətəndaş Nəcibə Muradlı “Facebook” sosial şəbəkəsi vasitəsilə ictimailəşdirdiyi müraciətinə operativ reaksiya verildiyini qeyd edir. Məsələyə obyektiv baxıldığını və zəruri tədbirlərin dərhal həyata keçirildiyini vurğulayır. 
Vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Balakən rayon sakini Bilal Butdayev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Vaqif Hüseynov xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə, Yevlax RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.