Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Əli Əhmədov məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Fuad Hüseynli məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ağamir Nəciyev məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaşlar Günel Bayramova, Vəfa İsmayılova və Anar Səlimov məktublarında müraciətlərinə operativ qaydada baxılmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Rəhimə Əliyeva teleqramında Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Mingəçevir şəhər sakini Vaqif Hüseynov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Yevlax RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Vüsalə Məmmədli məktubunda Nizami rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, obyektivliyə və operativliyə görə Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Araz Abdullazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında motosikletinin oğurlanması ilə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət etdiyini, həyata keçirilmiş operativ tədbirlərlə motosikletinin qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və müraciətinin müsbət həll olunmasında göstərilmiş köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Rail Səfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. R.Səfərov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.