Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.07.2025 - Sumqayıt şəhər sakini Aytəkin Bayramova
Sumqayıt şəhər sakini Aytəkin Bayramova məktubunda üzləşdiyi problemlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə etdiyi müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkür edir.
22.07.2025 - Sumqayıt şəhər sakini Aytəkin Bayramova
Sumqayıt şəhər sakini Aytəkin Bayramova məktubunda üzləşdiyi problemlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə etdiyi müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkür edir.
22.07.2025 - Vətəndaş Xuraman Abdullayeva
Vətəndaş Xuraman Abdullayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsinin də təmin edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən diqqət və köməklik üçün Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.
22.07.2025 - Bakı şəhər sakini İlham Manafov
Bakı şəhər sakini İlham Manafov məktubunda Nərimanov rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu yazır, operativlik və obyektivliyə görə həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.
22.07.2025 - Vətəndaş Dəyanət Əfşəlov
Vətəndaş Dəyanət Əfşəlov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları tərəfindən operativ tədbirlərin görüldüyünü və müvafiq köməkliyin göstərildiyini qeyd edərək Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
22.07.2025 - Vətəndaş Leyla Hacıyeva
Vətəndaş Leyla Hacıyeva məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müraciətinin müsbət həll olunaraq dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkür edir.
22.07.2025 - Vətəndaş İlqar Həsənov
Vətəndaş İlqar Həsənov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında oğlunun mobil telefonunun oğurlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını və həyata keçirilmiş tədbirlərlə telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik və göstərilən köməklik üçün Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkür edir.
22.07.2025 - Vətəndaş Orxan Bədəlov
Vətəndaş Orxan Bədəlov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti üzrə Xətai Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
22.07.2025 - Vətəndaş Zakir Əhmədov
Vətəndaş Zakir Əhmədov teleqramında Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini və müsbət həll ilə nəticələndiyini yazır. O, göstərilən diqqətə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə təşəkkürlərini bildirir, xidməti fəaliyyətlərində uğurlar arzulayır.