Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rəhman Məmmədov məktubunda Xəzər rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu qeyd edir və göstərilmiş köməklik üçün həmin idarənin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Zaur Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında vətəndaş müraciətlərinə həssaslıqla yanaşmasına və xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Pərviz Təhməzov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və müraciətinin müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Nuranə Babayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda azyaşlı övladının səhhətinin qəflətən pisləşməsi ilə bağlı polisə müraciət etdiyini, səlahiyyətlərinə aid olmasa da ərazi üzrə polis orqanının əməkdaşları tərəfindən övladının aidiyyəti tibb müəssisəsinə yerləşdirilməsinə köməklik göstəridiyini  yazır. 
O, məktubunda qeyd edir: “Məhz bu anda yeganə ümidim Azərbaycan polisi oldu. “102” Xidməti-Zəng mərkəzinə müraciət etdikdən dərhal sonra ərazi üzrə polis bölməsindən əməkdaşlar gəldi. Onların çevik müdaxiləsi nəticəsində övladımın həyatı xilas edildi. Vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, eləcə də bu ağır günlərdə mənə və övladıma həyat verən, öz vəzifəsini vicdanla və ləyaqətlə yerinə yetirən, adlarını bilmədiyim, lakin yaddaşımda dərin rəğbətlə xatırlanan həmin polis əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan polisinin xalqın xidmətində olduğunu bir daha yaşayaraq gördüm. Bu yüksək insani və peşəkar davranışınıza görə Sizə təşəkkür edirəm!” 

Vətəndaş Ramin Feyzullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə həyata keçirilən tədbirlərə görə Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Xəyal Zeynalov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına görə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Elçin Allahverdiyev məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Bəhruz Teymurov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüsal Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.