Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ülvi Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Tural Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rauf Cabbarov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Pirallahı rayon sakini Fazil Nağıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında rayon ərazisində sosial-neqativ halların aradan qaldırılması ilə bağlı müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə özü və digər sakinlər adından DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Məleykə Aşumova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində aparılmış obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Aytən Canəli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında taksidə unutduğu mobil telefonu ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etdiyini və görülmüş tədbirlərlə telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, operativliyə görə Azərbaycan polisinə təşəkkür edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Əli Mahmudov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılmış obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Əkbər İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nəsimi rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti üzrə Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılmış şəraitə görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Şərur rayon sakini Pərviz İsmayılov müraciətinin müsbət həll edilməsinə görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir