Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.07.2025 - Vətəndaş Anar Rəşidov
Vətəndaş Anar Rəşidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına görə 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir
30.07.2025 - Nəsimi rayon sakini Qətibə Hüseynova
Nəsimi rayon sakini Qətibə Hüseynova məktubunda müraciətinin həyata keçirilən tədbirlərlə müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
30.07.2025 - Vətəndaş Gəray Məmmədov
Vətəndaş Gəray Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaş müraciətlərinə, o cümlədən onun yaxınının müraciətinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.07.2025 - Vətəndaş Şəbnəm Novruzova
Vətəndaş Şəbnəm Novruzova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında pozulmuş hüquqlarının bərpası ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müvafiq tədbirlərin həyata keçirildiyini və pozulmuş hüquqlarının bərpa edilməsinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.07.2025 - Vətəndaş Yadigar Novruzov
Vətəndaş Yadigar Novruzov teleqramında vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə və müraciətinin qısa müddətdə müsbət həll edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
30.07.2025 - Ağcabədi rayon sakini Fərhad Quliyev
Ağcabədi rayon sakini Fərhad Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
30.07.2025 - Culfa rayon sakini Şahsuvar Həsənov
Culfa rayon sakini Şahsuvar Həsənov teleqramında vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına və qısa müddətdə müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.07.2025 - Vətəndaş Nazim Quliyev
Vətəndaş Nazim Quliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində aparılan obyektiv araşdırmalar nəticəsində müraciətinin müsbət həll olunduğunu və dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
30.07.2025 - Vətəndaş Esmira Qurbanova
Vətəndaş Esmira Qurbanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə müraciət etdiyini, obyektiv araşdırmalarla qısa müddətdə müsbət həll olunduğunu və dəymiş ziyanın ödətdirilməsinin də təmin edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.