Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Salatın Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxılaraq müvafiq tədbirlərin görüldüyünü bildirir. S.Əhmədova şəhid ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır. 
 

  

Vətəndaş Əhməd Rzayev mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu qeyd edərək xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Bakı şəhər sakini Malik Şükürov məktubunda Suraxanı rayonu ərazisində polis əməkdaşlarının vətəndaşların müraciətlərinə diqqətlə yanaşmasına, üzləşdikləri problemlərlə bağlı göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
  

Bakı şəhər sakini Emin Rəcəbov məktubunda polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına, eləcə də vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirir.   

Sumqayıt şəhər sakini Müşfiq Mahmudov məktubunda üzləşdiyi dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və dəymiş maddi ziyanın tam ödətdirildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və göstərilmiş köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Şəlalə Əliyeva məktubunda müraciəti üzrə Səbail Rayon Polis İdarəsində qəbul edilməsinə, göstərilmiş diqqət və köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, xidməti fəaliyyətlərində uğurlar arzulayır.

 

Vətəndaş Hüseyn Əhmədov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə Xətai Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. H.Əhmədov vətəndaş müraciətlərinə həssas yanaşılmasına və müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Əjdər Kəlbiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun oğurlanması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət etdiyini, həyata keçirilmiş operativ tədbirlər nəticəsində telefonunun tapılaraq ona təhvil verildiyini bildirir. O, operativliyə və göstərilmiş köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Cavad Abdullayev mesajında üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.