Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Paytaxt sakini Günel Cəfərova məktubunda müraciəti üzrə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində obyektiv araşdırma aparıldığını, müvafiq tədbirlərin həyata keçirildiyini və müsbət həllinin təmin edildiyini bildirir. O, polisin vətəndaşların güvən yeri olduğunu qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən diqqət və köməklik üçün Qaradağ RPİ-nin əməkdaşlarına təşəkkür edir. 
  

Vətəndaş Əli İsrafilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına, həmçinin göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kənd sakini Həsən Əsədov məktubunda müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

 

Əcnəbi vətəndaş İbrahim Ahıskalı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərilən operativliyə və diqqətə, həmçinin həyata keçirilən tədbirlərə görə DİN-in rəhbərliyi başda olmaqla Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rəfiqə Usubova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Şakir Məmmədov məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Əlikram Musayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sahil Mirzəyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini İmran Məmmədov məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.