Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.08.2025 - Bakı şəhər sakini Rəvan Cəlilzadə
Bakı şəhər sakini Rəvan Cəlilzadə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciəti əsasında Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində qəbul edildiyini və müraciətinin müsbət həll olunduğunu qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.
07.08.2025 - Sumqayıt şəhər sakini Çiçək Aslanova
Sumqayıt şəhər sakini Çiçək Aslanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.08.2025 - Vətəndaş Rəşad Rəhimzadə
Vətəndaş Rəşad Rəhimzadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə obyektiv baxılmasına və dəymiş zərərin ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.08.2025 - Naxçıvan şəhər sakini Zəhra Hacıyeva
Naxçıvan şəhər sakini Zəhra Hacıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “31.07.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmişdim. Qısa müddət ərzində Naxçıvan Şəhər Polis İdarəsində müraciətimə baxıldı. Göstərilən diqqətə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümü bildirirəm”.
07.08.2025 - Vətəndaş Bahar Zeynalova
Vətəndaş Bahar Zeynalova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığını, Pirallahı Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.08.2025 - Vətəndaş Hökümə Bağırzadə
Vətəndaş Hökümə Bağırzadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.08.2025 - Vətəndaş Bəylər Teymurov
Vətəndaş Bəylər Teymurov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda səhhətində yaranmış problemlə bağlı DİN-in Hospitalında müalicə aldığını və orada həkimlərin bütün xəstələrə, o cümlədən qazilərə göstərdikləri diqqət və qayğının təqdirəlayiq olduğunu yazır.
B.Teymurov yaradılan bu şəraitə görə DİN rəhbərliyinə, humanist və qayğıkeşliklərinə görə DİN-in Hospitalının əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
07.08.2025 - Vətəndaş Səməndər Allahverdiyev
Vətəndaş Səməndər Allahverdiyev məktubunda üzləşdiyi problemlə bağlı Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin edildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə, obyektivliyə və müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
07.08.2025 - Vətəndaş Sevinc Dadaşova
Vətəndaş Sevinc Dadaşova məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə Binəqədi Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını, müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsinə də köməklik göstərildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkür edir.