Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.08.2025 - Paytaxtın Nizami rayonunda yaşayan sakinlər
Paytaxtın Nizami rayonunda yaşayan sakinlər adından Daxili İşlər Nazirliyinə təşəkkür məktubu daxil olub. Onlar Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və həmin idarənin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.08.2025 - Kəlbəcər rayon sakini Əlzamin Mamedov
Kəlbəcər rayon sakini Əlzamin Mamedov müraciətində göstərilən diqqət və qayğıya görə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.08.2025 - Beyləqan rayon sakini Oktay Muradov
Beyləqan rayon sakini Oktay Muradov müraciətinin müsbət həll edilməsinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.
06.08.2025 - Yevlax rayon sakini Osman Xəlilov
Yevlax rayon sakini Osman Xəlilov müraciətinin müsbət həll edilməsinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.08.2025 - Vətəndaş Coşqun Abdullayev
Vətəndaş Coşqun Abdullayev Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.08.2025 - İmişli rayon sakini Ruslan Məmmədov
İmişli rayon sakini Ruslan Məmmədov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
06.08.2025 - Bakı şəhər sakini Elxan Qasımov
Bakı şəhər sakini Elxan Qasımov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə təşəkürünü bildirir.
06.08.2025 - Bakı şəhər sakini Cəmilə Zalova
Bakı şəhər sakini Cəmilə Zalova məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2025 - Vətəndaş Vidadi Hüseynov
Vətəndaş Vidadi Hüseynov DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.