Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.09.2025 - Vətəndaş Samirə Salmanova
Vətəndaş Samirə Salmanova DİN-ə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar qəbul edildiyini, hüquq və vəzifələrinin ona izah olunduğunu bildirərək DİN rəhbərliyinə minnəttarlığını bildirir.
23.09.2025 - Vətəndaş İlham Tarverdiyev
Vətəndaş İlham Tarverdiyev DİN-in “Facebook” səhifəsinə ünvanladığı mesajında müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.09.2025 - Özbəkistan Respublikasının vətəndaşı Nargiza Jakbarova
Özbəkistan Respublikasının vətəndaşı Nargiza Jakbarova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “25.08.2025-ci il tarixində yol kənarında piyada hərəkətdə olan zaman avtomobil tərəfindən vuruldum. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının operativ tədbirləri nəticəsində həmin sürücü qısa müddət ərzində müəyyən olunaraq qanunamüvafiq tədbirlər görüldü. Bu səbəbdən DİN-in rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
22.09.2025 - Şəhid ailəsi üvzü olan Xuraman Zeynalova
Şəhid ailəsi üvzü olan Xuraman Zeynalova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında bank kartından pul vəsaitinin oğurlanması ilə bağlı müraciətinin Bakı Şəhər Baş Polis İdarəsində araşdırılaraq polis əməkdaşlarının peşəkarlığı nəticəsində müsbət həll olunduğunu və dəymiş ziyanın özünə qaytarıldığını qeyd edir. O, müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
22.09.2025 - Vətəndaş Rasim Bəylərbəyov
Vətəndaş Rasim Bəylərbəyov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Azərbaycan polisinə təşəkkürünü bildirir. O, bir müddət əvvəl üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, polisin səlahiyyətinə aid olmayan məsələ olsa da, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən müvafiq köməklik göstərilərək qısa müddətdə probleminin müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN-in rəhbərliyinə və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2025 - Bakı şəhər sakini Brilyant Bədəlova
Bakı şəhər sakini Brilyant Bədəlova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2025 - Bakı şəhər sakini Süleyman Məmmədli
Bakı şəhər sakini Süleyman Məmmədli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda hüquqlarının pozulması ilə bağlı müraciətinə diqqətlə yanaşılmasına və şikayətinin təmin edilməsinə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2025 - Şahbuz rayon sakini Lamiyə Hüseynova
Şahbuz rayon sakini Lamiyə Hüseynova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Şahbuz Rayon Polis Şöbəsinə ərizə ilə etdiyim müraciətə dərhal reaksiya verildiyini, aparılan obyektiv araşdırma nəticəsində müraciətimin qısa müddətdə müsbət həll olunduğunu bildirmək istəyirəin.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, eləcə də, Şahbuz Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlara göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm.
İctimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin qorunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirən və fədakarlıq nümayiş etdirən Azərbaycan polisinə minnətdarlığımı bildirir, çətin və şərəfli işlərində uğurlar arzu edirəm”.
22.09.2025 - Vətəndaş Kamil Hüseynov
Vətəndaş Kamil Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Pirallahı rayonu ərazisində pul qabısının itməsi ilə bağlı müraciəti əsasında Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin görüldüyünü və pulqabısının tapılaraq ona təhvil verildiyini bildirir.
O, operativliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.