Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.09.2025 - Vətəndaş Şahəddin Abdullayev
Vətəndaş Şahəddin Abdullayev DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.09.2025 - Vətəndaş Tünzalə Əsgərova
Vətəndaş Tünzalə Əsgərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.09.2025 - Vətəndaş Əziz Zamanov
Vətəndaş Əziz Zamanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.09.2025 - Əcnəbi vətəndaş Dabiri Amirhossein
Əcnəbi vətəndaş Dabiri Amirhossein DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında pulqabısını itirməsilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.09.2025 - Vətəndaş Elvin Muradov
Vətəndaş Elvin Muradov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.09.2025 - Vətəndaş Niyazi Ələsgərov
Vətəndaş Niyazi Ələsgərov DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.09.2025 - Vətəndaş Cəfər Mahmudov
Vətəndaş Cəfər Mahmudov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2025 - Vətəndaş Rəsmiyyə Quliyeva və Cəmilə Məhərrəmova
Vətəndaş Rəsmiyyə Quliyeva və Cəmilə Məhərrəmova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdikləri müraciətlərinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
29.09.2025 - Vətəndaş Məhəmməd Əliyev və Elvin Hüseynov
Vətəndaş Məhəmməd Əliyev və Elvin Hüseynov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.