Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.09.2025 - Vətəndaş Nazim Qarayev
Vətəndaş Nazim Qarayev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
25.09.2025 - Vətəndaş Bağdagül Məmmədova
Vətəndaş Bağdagül Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə telefonumun oğurlanması ilə bağlı etdiyim müraciətə operativ şəkildə baxıldı və mənə məxsus olan telefonum geri qaytarıldı. Buna görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbətliyi başda olmaqla bütün əməkdaşlara təşəkkürümü bildirirəm”.
25.09.2025 - Pakistan İslam Respublikasının vətəndaşı Mohsin Khan
Pakistan İslam Respublikasının vətəndaşı Mohsin Khan DİN-in “Facebook” səhifəsinə ünvanladığı mesajında ümumvətəndaş pasportunu itirməsi ilə bağlı müraciətinə operativ reaksiya verilməsinə, göstərilən diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.09.2025 - Abşeron rayon sakini Kamil Əliyev
Abşeron rayon sakini Kamil Əliyev daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.
25.09.2025 - Vətəndaş Kəmalə Alqocayeva
Vətəndaş Kəmalə Alqocayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “04.09.2025-ci il tarixində yaşadığım ünvanda telefonum oğurlandığı üçün dərhal “102” Xidməti-Zəng Mərkəzi ilə əlaqə saxlayaraq şikayətimi bildirdim. Məni dərhal Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına yönləndirdilər. Qısa müddət ərzində həmin əməkdaşlar mənimlə əlaqə saxlayaraq hadisə yerinə gəldilər, izahatımı aldılar və araşdırmalara başladılar. Bir neçə gün sonra isə telefonumu oğurlayan şəxsi taparaq mənimlə üzləşdirdilər. Həmin şəxs telefonumu lombarda qoyduğunu etiraf etdi. Ən önəmlisi odur ki, 17-ci Polis Şöbəsinin əməkdaşlarının operativ fəaliyyəti nəticəsində telefonum tez bir zamanda tapılaraq mənə təhvil verildi. Bu işdə peşəkarlıq və vətəndaş məmnuniyyətinə göstərilən diqqət üçün 17-ci Polis Şöbəsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirir, hər birinə təşəkkür edirəm”.
25.09.2025 - Vətəndaş Emil Mehdiyev
Vətəndaş Emil Mehdiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
25.09.2025 - Vətəndaş Xanlar Abdullali
Vətəndaş Xanlar Abdullali məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsində qəbul edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.09.2025 - Bakı şəhəri, Nizami rayon sakini Neman Kərimov
Bakı şəhəri, Nizami rayon sakini Neman Kərimov məktubunda rayon ərazisində asayişin etibarlı qorunmasını və ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.
25.09.2025 - Vətəndaş Kamran Bayramov
Vətəndaş Kamran Bayramov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai rayonu ərazisində azyaşlı övladının üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, operativliyə və obyektivliyə görə həmin idarənin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.