Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.09.2025 - Biləsuvar rayon sakini Əli Əlizadə
Biləsuvar rayon sakini Əli Əlizadə vətəndaş müraciətlərinin peşəkarlıqla araşdırılmasına, humanistliyə və lazımi köməkliyin göstərilməsinə görə rayon polis şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.09.2025 - Vətəndaş Camal Əhmədov
Vətəndaş Camal Əhmədov öz məktubunda üzləşdiyi problemlə bağlı ona Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən lazımi köməyin göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
29.09.2025 - Cəlilabad rayon sakini Validə Məmmədova
Cəlilabad rayon sakini Validə Məmmədova vətəndaş müraciətlərinə operativ qaydada baxılmasına və peşəkarlıqla, obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə təşəkkkürünü bildirir.
26.09.2025 - Vətəndaş Ənam Fərəcli
Vətəndaş Ənam Fərəcli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.09.2025 - Vətəndaş Aidə Nəsibova
Vətəndaş Aidə Nəsibova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında oğluna məxsus velosipedin oğurlanması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində oğrunun tapılaraq ona dəymiş ziyanın ödətdirildiyini yazır. O, müraciətinə çevik reaksiya verilməsinə və operativliyə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.09.2025 - Bakı şəhər sakini Fərəh Cəlil
Bakı şəhər sakini Fərəh Cəlil məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində yüksək hörmətlə qarşılandığını və obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. F.Cəlil ona göstərilən yüksək diqqət və qayğıya görə DİN-in rəhbərliyinə və Mingəçevir ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.
26.09.2025 - Bakı şəhər sakini Teymur Səfərov
Bakı şəhər sakini Teymur Səfərov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. O, müraciəti ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu bildirir. T.Səfərov vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını və polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirir.
26.09.2025 - Vətəndaş Fidan Əmirova
Vətəndaş Fidan Əmirova DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi problem ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.
26.09.2025 - Vətəndaş Turan Etibaroğlu
Vətəndaş Turan Etibaroğlu “Facebook” sosial şəbəkə hesabında təşəkkür postu paylaşıb. O, səhhətində yaranmış problemlə bağlı Sabunçu Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının dərhal kömək etdiyini bildirib. Vəziyyətini nəzərə alaraq ona həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.