Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.09.2025 - Vətəndaş Mehriban Verdiyeva
Vətəndaş Mehriban Verdiyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə müraciət etdiyini qeyd edir. M.Verdiyeva vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə DİN-in rəhbərliyinə, o cümlədən Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.09.2025 - Vətəndaş Kamran Bayramov
Vətəndaş Kamran Bayramov DİN-in “Instagram” səhifəsinə mesajında Xətai rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
26.09.2025 - Sosial şəbəkə istifadəçisi Sabir Məmmədov
Sosial şəbəkə istifadəçisi Sabir Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar polisə etdiyi müraciətin həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.09.2025 - Vətəndaş Ələddin Məmmədov
Vətəndaş Ələddin Məmmədov DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Şahbuz Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.09.2025 - Vətəndaş Sübhi Əsədov
Vətəndaş Sübhi Əsədov DİN-ə ünvanladığı məktubunda müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnəttarlığını bildirir.
26.09.2025 - Sosial şəbəkə istifadəçisi Diana Emçiyeva
Sosial şəbəkə istifadəçisi Diana Emçiyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.09.2025 - Vətəndaş Həqiqət Ağayeva
Vətəndaş Həqiqət Ağayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.09.2025 - Bakı şəhər sakini Sevinc Əmiraslanova
Bakı şəhər sakini Sevinc Əmiraslanova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.09.2025 - Vətəndaş Zərnitac Fətullayeva
Vətəndaş Zərnitac Fətullayeva müraciətinə dərhal reaksiya verildiyinə və üzləşdiyi problemin aradan qaldırılmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.