Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Murad Zeynalov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Arifə Əlieva “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şahbuz şəhər sakini Aysel Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN  və Naxçıvan MR DİN təşəkkürünü bildirir.

Bakı şəhər sakini Eşqin Rüstəmov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə təşəkürünü bildirir.

Vətəndaş Misir Məmmədov DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Tahir Rzayev müraciətinə operativ baxıldığına, hüquq və vəzifələrinin izah olunmaqla köməklik göstərildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Gəncə şəhər sakini Sabiq Qədimov müraciətinin müsbət həll edilməsinə DİN rəhbərliyinə minnətdarlıq edir.

Gədəbəy rayon sakini Məhəmməd Əliyev müraciətinin obyektiv araşdırılmasına görə Gədəbəy RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Ülvan Musayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar müraciətininə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.