Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.08.2025 - Yevlax rayon sakini Mustafa Mustafayev
Yevlax rayon sakini Mustafa Mustafayev peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
29.08.2025 - Bərdə rayon sakini Şamil Bağırov
Bərdə rayon sakini Şamil Bağırov müraciətinin müsbət həll edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
29.08.2025 - Bərdə rayon sakini Əlövsət Məmmədov
Bərdə rayon sakini Əlövsət Məmmədov müraciətinin müsbət həllinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
29.08.2025 - Yevlax rayon sakini Tapdıq Laçınov
Yevlax rayon sakini Tapdıq Laçınov müraciətinin obyektiv araşdırılmasına görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.
29.08.2025 - Bakı şəhər sakini Nərmin Bayramova
Bakı şəhər sakini Nərmin Bayramova DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
29.08.2025 - Babək rayon sakini Rövşən Qasımov
Babək rayon sakini Rövşən Qasımov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlərinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
29.08.2025 - İmişli rayon sakini İdris Məmmədov
İmişli rayon sakini İdris Məmmədov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, İmişli RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
28.08.2025 - Bakı şəhər sakini, şəhid ailəsi olan Vaqif Behbudov
Bakı şəhər sakini, şəhid ailəsi olan Vaqif Behbudov məktubunda Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini yazır.
O, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə, humanist və qayğıkeşliklərinə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
28.08.2025 - Vətəndaş Lalə Səfərova
Vətəndaş Lalə Səfərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.