Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.09.2025 - Vətəndaş Elmir Dadaşov
Vətəndaş Elmir Dadaşov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında valideyninin itkin düşməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət etdiyini, görülmüş operativ tədbirlərlə onun qısa müddətdə tapılaraq ailəsinə təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və həyata keçirilmiş tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.09.2025 - Vətəndaş Gülnar Cavadova
Vətəndaş Gülnar Cavadova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.09.2025 - Vətəndaş Elşən Allahverdiyev
Vətəndaş Elşən Allahverdiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yaxınının Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini bildirir. O, obyektivliyə və göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.09.2025 - Vətəndaş Asif Orucov
Vətəndaş Asif Orucov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə Baş Dövlət Yol Polisi İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş diqqətə və köməkliyə görə BDYPİ-nin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.
25.09.2025 - Sosial şəbəkə istifadəçisi Ramil Dadaşov
Sosial şəbəkə istifadəçisi Ramil Dadaşov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
25.09.2025 - Sosial şəbəkə istifadəçisi Hüseyn Hüseynov
Sosial şəbəkə istifadəçisi Hüseyn Hüseynov müraciətinə operativ baxılmasına və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlıq edir.
25.09.2025 - Vətəndaş Fəxriyyə Bağırova
Vətəndaş Fəxriyyə Bağırova DİN-ə ünvanladığı məktubunda ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.
25.09.2025 - Şahbuz şəhər sakini Natiq Məmmədov
Şahbuz şəhər sakini Natiq Məmmədov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, müraciətinə operativ baxıldığına, üzləşdiyi problemin həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
25.09.2025 - Şahbuz rayon sakini Samiq Fətullayev
Şahbuz rayon sakini Samiq Fətullayev üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Şahbuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.