Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.10.2025 - Vətəndaş Fuad Mustafayev
Vətəndaş Fuad Mustafayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
01.10.2025 - Sosial şəbəkə istifadəçisi Amin Əhmədov
Sosial şəbəkə istifadəçisi Amin Əhmədov onu narahat edən məsələ ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin kollektivinə təşəkkür edir.
01.10.2025 - Sosial şəbəkə istifadəçisi Murad İskəndərov
Sosial şəbəkə istifadəçisi Murad İskəndərov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Xətai RPİ-nin TŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2025 - Sosial şəbəkə istifadəçisi Amin Abdullayev
Sosial şəbəkə istifadəçisi Amin Abdullayev müraciətinə dərhal reaksiya verildiyinə və üzləşdiyi problemin aradan qaldırılmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
01.10.2025 - Vətəndaş Əziz Abdullayev
Vətəndaş Əziz Abdullayev DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
01.10.2025 - Vətəndaş Zeynəb Abdullayeva
Vətəndaş Zeynəb Abdullayeva DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
01.10.2025 - Vətəndaş Ayna Abdullayeva
Vətəndaş Ayna Abdullayeva DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.
01.10.2025 - Sosial şəbəkə istifadəçisi Cavidan Hüseynli
Sosial şəbəkə istifadəçisi Cavidan Hüseynli müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2025 - Vətəndaş Yusif İbrahimov
Vətəndaş Yusif İbrahimov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.