Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.09.2025 - Cəlilabad rayon sakini Əliqənbər Əliyev
Cəlilabad rayon sakini Əliqənbər Əliyev öz məktubunda şəhid ailələri və qazilərə göstərilən diqqətə və dəstəyə, humanistliyə görə rayon polis şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
30.09.2025 - Babək rayon sakini İxtiyar Quliyev
Babək rayon sakini İxtiyar Quliyev məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
30.09.2025 - Şahbuz rayon sakini Toğrul Əsgərzadə
Şahbuz rayon sakini Toğrul Əsgərzadə avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
30.09.2025 - Vətəndaş Sadiq Mahmudov
Vətəndaş Sadiq Mahmudov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında qızıl-zinət əşyasını itirməsi ilə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciəti ilə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə probleminin həllində göstərilən köməkliyə görə təşəkkür edir.
30.09.2025 - Zəngilan rayon sakini İlham Vəliyev
Zəngilan rayon sakini İlham Vəliyev müraciətinə göstərilən diqqətə görə Binəqədi Rayon Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.09.2025 - Zərdab rayon sakini Nurlan Qasımov
Zərdab rayon sakini Nurlan Qasımov müraciətinin müsbət həllinə görə Ağcabədi Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.
30.09.2025 - Ağdam rayon sakini Səfiyar Səfiyarzadə
Ağdam rayon sakini Səfiyar Səfiyarzadə müraciətinin müsbət həllinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığnı bildirir.
30.09.2025 - Tərtər rayon sakini İsmayıl Əliyev
Tərtər rayon sakini İsmayıl Əliyev müraciətinə göstərilən diqqətə və polis əməkdaşlarının yüksək xidməti fəaliyyətinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.09.2025 - Vətəndaş Aysu Mustafazadə
Vətəndaş Aysu Mustafazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.