Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Cəlil Zabidov DİN-in “Facebook” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Sevinc Zeynalova DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş İlkin Ağasizadə DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və  Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Sərxan Zeynalov DİN-in “Instagram” səhifəsinə mesajında pulqabısını itirməsilə bağlı polis əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Tuqay Məmmədov “Facebook” sosial şəbəkəsi vasitəsilə ictimailəşdirilmiş probleminə DİN tərəfindən operativ reaksiya verildiyini, Qaradağ Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Qaradağ RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Kənan Əhmədzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu qeyd edir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik və obyektivliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Böyükağa Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində obyektiv araşdırma aparılaraq müraciətinin müsbət həll olunduğunu bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Xəyyam Pənahov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin görüldüyünü və qısa müddətdə müsbət həll olunduğunu bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.  

Vətəndaş Könül Bağırova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə etdiyi müraciətə dərhal reaksiya verildiyini, aparılan obyektiv araşdırma nəticəsində müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. 
O, aparılan obyektiv araşdırmalara və göstərilən köməkliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliklərinə və əməkdaşlarına təşəkkürünü bildirir.