Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.09.2025 - Vətəndaş Aytəkin Cəlilova
Vətəndaş Aytəkin Cəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə dəvət olunduğunu, hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalar aparıldığını bildirir.
02.09.2025 - Bakı şəhər sakini Lətif Sadiqov
Bakı şəhər sakini Lətif Sadiqov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
02.09.2025 - Vətəndaş Sahib Məhərrəmli
Vətəndaş Sahib Məhərrəmli Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
02.09.2025 - Vətəndaş Orxan Mikayılov
Vətəndaş Orxan Mikayılov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivinə minnətdarlığını bildirir.
02.09.2025 - Vətəndaş Kubra Məhərrəmova
Vətəndaş Kubra Məhərrəmova Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
02.09.2025 - Vətəndaş İbrahim Quliyev
Vətəndaş İbrahim Quliyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən operativ və çevik reaksiya göstərildiyini bildirir. O, edilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir və Azərbaycan polisi ilə fəxr etdiyini bildirir.
02.09.2025 - Bakı şəhər sakini Araz Əsgərli
Bakı şəhər sakini Araz Əsgərli operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
02.09.2025 - Vətəndaş Tural Ömərli
Vətəndaş Tural Ömərli DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında itmiş sənədi ilə bağlı müraciətinə həssaslıqla yanaşıldığına və ona göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2025 - Vətəndaş Aqil Mehtiyev
Vətəndaş Aqil Mehtiyev DİN-in “Facebook” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.