Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.09.2025 - Vətəndaş Gülnar Hüseynova
Vətəndaş Gülnar Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
11.09.2025 - Vətəndaş Roman Musayev
Vətəndaş Roman Musayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında cari ilin 31 avqust - 3 sentyabr tarixlərində Quba Olimpiya İdman Kompleksində keçirilmiş könüllülər düşərgəsi zamanı ictimai asayişin və avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə Yol Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2025 - Bakı şəhər sakini Zülfüqar Xəlilov
Bakı şəhər sakini Zülfüqar Xəlilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, axşam saatlarında azyaşlı övladının vəziyyətinin pisləşdiyini və təcili xəstəxanaya çatdırılması üçün Yol-Patrul Xidməti əməkdaşlarından kömək istədiyini bildirib.
Vətəndaş övladının xəstəxanaya çatdırılmasında Yol-Patrul Xidməti əməkdaşlarının yaxından köməklik göstərdiyini və onları xəstəxanayadək müşayiət etdiyini yazaraq, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.09.2025 - Bakı şəhər sakini Fərid Həsənəliyev
Bakı şəhər sakini Fərid Həsənəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov RPİ-yə etdiyi müraciətinə operativ baxıldığına, iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
11.09.2025 - Vətəndaş Azad İbrahimov
Vətəndaş Azad İbrahimov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, sosial şəbəkə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyini qeyd edir. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN-in rəhbərliyinə, o cümlədən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.09.2025 - Bakı şəhər sakini Ramin Abbasov
Bakı şəhər sakini Ramin Abbasov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll edildiyini və ona dəymiş maddi ziyanın ödətdirildiyini bildirir.
Vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini qeyd edən R.Abbasov vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirir.
11.09.2025 - Əcnəbi vətəndaş Sultan Əlharbi
Əcnəbi vətəndaş Sultan Əlharbi DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2025 - Bakı şəhər sakini Aynur Babayeva
Bakı şəhər sakini Aynur Babayeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına görə Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2025 - Bakı şəhər sakini Sevinc Babayeva
Bakı şəhər sakini Sevinc Babayeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.