Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Lala Məmmədli DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Əlhüseyin Abdullayev DİN-in “Instagram” səhifəsinə mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əli Şirəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda obyektivliyə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Şahbuz şəhər sakini Ramil Qaraşov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Goranboy rayon sakini Namiq Veyisov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Qənbər Quluyev məktubunda üzləşdiyi oğurluqla bağlı müraciəti üzrə Nizami Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını, qısa müddətdə müsbət həll olunduğunu və dəymiş maddi ziyanın da ödətdirilməsinə köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Sona Məmmədova məktubunda üzləşdiyi problemlə bağlı Nizami Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Alxas Cəbrayılov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və həyata keçirilmiş tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Fatmeyizəhra Xəlilli məktubunda mənzilində baş vermiş yanğın hadisəsi zamanı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının operativ olaraq hadisə yerinə gəldiklərini və müvafiq tədbirləri həyata keçirdiklərini bildirir. O, polisin həmişə güvən yeri olduğunu qeyd edir, göstərilən köməklik üçün Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.