Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.09.2025 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına təşəkkür edir.
12.09.2025 - Quba rayon sakini Raqif Yusifov
Quba rayon sakini Raqif Yusifov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2025 - Siyəzən rayon sakini Mehralı Məmmədov
Siyəzən rayon sakini Mehralı Məmmədov etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Siyəzən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2025 - Qusar rayon sakini Səidə Sultanova
Qusar rayon sakini Səidə Sultanova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Nizami RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2025 - Quba rayon sakini Bəndi Təbriz
Quba rayon sakini Bəndi Təbriz DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2025 - Quba rayon sakini Bayram Əliyev
Quba rayon sakini Bayram Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2025 - Vətəndaş Tural Rufizadə
Vətəndaş Tural Rufizadə DİN-in “Instagram” səhifəsinə mesajında mobil telefonunun oğurlanması ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.09.2025 - Vətəndaş Bəhlul İskəndərov
Vətəndaş Bəhlul İskəndərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mobil telefonunun oğurlanması ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.09.2025 - Vətəndaş Vahid Məmmədov
Vətəndaş Vahid Məmmədov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.