Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Sveta Məmmədova
Sosial şəbəkə istifadəçisi Sveta Məmmədova ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Kənan Məmmədov
Sosial şəbəkə istifadəçisi Kənan Məmmədov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Çiçək Hacıyeva
Sosial şəbəkə istifadəçisi Çiçək Hacıyeva xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin PPX əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Salman Rəsulov
Sosial şəbəkə istifadəçisi Salman Rəsulov xəsarət ilə nəticələnən yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə operativ baxılaraq obyektiv araşdırma aparılmasına və göstərilən xüsusi diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Fərəh Hüseynova
Sosial şəbəkə istifadəçisi Fərəh Hüseynova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Arizə Qurbanova
Sosial şəbəkə istifadəçisi Arizə Qurbanova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində tədbir görüldüyü üçün Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi İlqar Rəsulov
Sosial şəbəkə istifadəçisi İlqar Rəsulov müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Aysel Abbasova
Sosial şəbəkə istifadəçisi Aysel Abbasova itən mobil telefonunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
17.09.2025 - Quba rayon sakini Fəxrəddin Bədəlov
Quba rayon sakini Fəxrəddin Bədəlov daxili işlər naziri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, eləcə də müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.