Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.09.2025 - Vətəndaş Rəşad Quliyev
Vətəndaş Rəşad Quliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət etdiyini qeyd edir. R.Quliyev müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə 9-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
18.09.2025 - Şahbuz rayon sakini Rasim Hacıyev
Şahbuz rayon sakini Rasim Hacıyev məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliklərinə, operativliyə, obyektivliyə və göstərilmiş köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Babək rayon sakini Xoşqədəm Məmmədova
Babək rayon sakini Xoşqədəm Məmmədova məktubunda müraciəti üzrə Babək Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi rəhbərliklərinə, operativliyə və obyektivliyə görə Babək RPİ-nin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Şərur rayon sakini İlkin Muradov
Şərur rayon sakini İlkin Muradov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə Şərur Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliklərinə, obyektivlik və həyata keçirilən tədbirlərə görə Şərur RPİ-nin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Vətəndaş Rövşən Əmiraslanov
Vətəndaş Rövşən Əmiraslanov məktubunda müraciəti üzrə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində aparılan obyektiv araşdırmanın müsbət nəticəsindən razı qaldığını və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və göstərilmiş köməkliyə görə Xəzər RPİ-nin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Vətəndaş Araz Səmədov
Vətəndaş Araz Səmədov məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
18.09.2025 - Vətəndaş Tünzalə Əzizova
Vətəndaş Tünzalə Əzizova teleqramında Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və həyata keçirilmiş tədbirlərə görə DİN rəhbərliyinə təşəkkür edir.
18.09.2025 - Xəzər Media Mərkəzindən
Xəzər Media Mərkəzindən Daxili İşlər Nazirliyinə təşəkkür məktubu daxil olub. Məktubda cari ilin avqust və sentyabr aylarında Xəzər Media Mərkəzinin təşəbbüsü ilə respublikanın bir sıra şəhər və rayonlarında keçirilmiş yay silsilə konsert proqramlarında ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına və göstərilən zəruri köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlıq ifadə olunur.
18.09.2025 - Vətəndaş Sadiq Əzizov
Vətəndaş Sadiq Əzizov məktubunda üzləşdiyi problemlə əlaqədar Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müvafiq köməkliyin göstərildiyini qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.