Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rəşad Xəlilov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Üzləşdiyim problemlə bağlı DİN-in “Facebook” səhifəsinə müraciət etmişdim. Müraciətimə baxılaraq müvafiq qaydada həlli təmin edildi. Bu çətin prosesdə göstərilən diqqət və operativ fəaliyyət üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına, eləcə də Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

Bakı şəhər sakini Əfqan Axundov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxılmasına və onunla əlaqə saxlanılaraq hüquqi izah verilməsinə görə, DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əli İmanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinin qısa müddətdə müsbət həll edildiyinə görə, DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Şəbnəm Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “28.08.2025-ci il tarixində üzləşdiyim problemlə bağlı polisə müraciət etmişdim. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları işimə tez, operativ və obyektiv şəkildə baxdılar. Şikayətim tezliklə təmin olundu. Göstərilən köməkliyə görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə, həmçinin zəhmət çəkən bütün polis əməkdaşlarına dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Bakı şəhər sakini İlhamə Alıyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakinləri Murad Məmmədov və Bəhruz Həmidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıblar. Onlar Nərimanov Rayon Polis İdarəsinə etdikləri müraciətlərinə operativ baxıldığına, iştirak etdikləri yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq problemin müsbət həll olunmasına görə, Azərbaycan polisinə təşəkkürlərini bildirirlər. 

Bakı şəhər sakini Təranə Cavadova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etdiyini qeyd edir. T.Cavadova vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə,  27-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şahbuz şəhər sakini İnci Bağırova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Çinarə Allahverdiyeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, aliment öhdəliyini uzun müddət yerinə yetirməyən şəxs barəsində etdiyi müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN-in əməkdaşlarına minnətdarlığını bildirir.