Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.09.2025 - Vətəndaş Mehriban Qeybullayeva
Vətəndaş Mehriban Qeybullayeva məktubunda üzləşdiyi problemlə əlaqədar Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müvafiq köməkliyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə, obyektivliyə və göstərilmiş köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Şahbuz rayon sakini Hüseyn Muradov
Şahbuz rayon sakini Hüseyn Muradov məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq köməkliyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və göstərilmiş köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Vətəndaş Ramin Rəhimli
Vətəndaş Ramin Rəhimli teleqramında üzləşdiyi dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini, aparılan obyektiv araşdırmalarla müraciətinin müsbət həll olunduğunu və dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına və həyata keçirilmiş tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.09.2025 - Vətəndaş Əli Rzayev
Vətəndaş Əli Rzayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov Rayon Polis İdarəsinə etdiyi müraciəti üzrə aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Abit Bağırov
Sosial şəbəkə istifadəçisi Abit Bağırov ona qarşı baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxılaraq bu cinayətin üstünün açılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəhbərliyinə minnətdarlığını bildirir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Şamxal Rüstəmov
Sosial şəbəkə istifadəçisi Şamxal Rüstəmov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı obyektiv araşdırma aparılmasına, hüquq və vəzifələrinin izah olunmasında ona göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlıq edir.
18.09.2025 - Bakı şəhər sakini Kamil Hüseynov
Bakı şəhər sakini Kamil Hüseynov içərisində şəxsiyyət vəsiqəsi olan itirdiyi kart qabının tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.09.2025 - Bakı şəhər sakini Sərvinaz Hacıyeva
Bakı şəhər sakini Sərvinaz Hacıyeva cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Günel Bağırova
Sosial şəbəkə istifadəçisi Günel Bağırova ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.