Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Səriyyə Həsənova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir. 

Vətəndaş Zəhra Hacıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, əşyalarının itirməsi ilə bağlı Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının onun müraciətinə həssaslıqla yanaşdığını və görülmüş tədbirlərlə qısa müddətdə əşyalarının tapılaraq ona təhvil verildiyini bildirir. 
Z.Hacıyeva müraciətinə həssas yanaşılmasına və operativliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Failə Həsənova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş İlkin Quliyev Daxili İşlər Nazirliyinə yazdığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Əsəd Əsədzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Pirallahı qəsəbəsi ərazisində Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən ona köməklik göstərildiyini qeyd edir, humanistliyə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Rüstəm Rüstəmov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Aygül Mirzəyeva müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Səbinə Hüseynova Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Amil Quliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.