Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.09.2025 - Vətəndaş Məhəmməd Tağıyev
Vətəndaş Məhəmməd Tağıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Səbail Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını, müraciətinin müsbət həll olunduğunu və dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir.
15.09.2025 - Vətəndaş İlkin Abbasov
Vətəndaş İlkin Abbasov məktubunda Pirallahı rayon ərazisində avtomobil ilə hərəkətdə olarkən nəqliyyat vasitəsində qəfil nasazlıq yarandığını və bununla bağlı polisə müraciət etdiyini yazır. O, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq köməkliyin göstərildiyini və problemin aradan qaldırıldığını qeyd edir.
İ.Abbasov göstərilən humanistliyə, diqqətə və köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.09.2025 - Vətəndaş Mətanət Talıbova
Vətəndaş Mətanət Talıbova məktubunda müraciəti üzrə Qaradağ Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirərək müraciətinin müsbət həll olunmasına görə Qaradağ RPİ-nin əməkdaşlarına təşəkkür edir.
15.09.2025 - Vətəndaş Zahid Nağıyev
Vətəndaş Zahid Nağıyev məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
15.09.2025 - Sosial şəbəkə istifadəçisi Mehriban Fərəcova
Sosial şəbəkə istifadəçisi Mehriban Fərəcova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
15.09.2025 - Sosial şəbəkə istifadəçisi Həbib Rzayev
Sosial şəbəkə istifadəçisi Həbib Rzayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında kiberdələduzluqla bağlı etdiyi müraciətinə operativ baxılaraq onun həllində göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.09.2025 - Sosial şəbəkə istifadəçisi Mehriban Mənsumova
Sosial şəbəkə istifadəçisi Mehriban Mənsumova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.09.2025 - Sosial şəbəkə istifadəçisi Saleh İlyasov
Sosial şəbəkə istifadəçisi Saleh İlyasov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Nərimoanov RPİ 17-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.09.2025 - Vətəndaş Natiq Kərimov
Vətəndaş Natiq Kərimov DİN-ə ünvanladığı məktubunda operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.