Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.09.2025 - Vətəndaş Nəriman Nəcəfzadə
Vətəndaş Nəriman Nəcəfzadə üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu və aidiyyəti üzrə yönləndirildiyini qeyd edərək DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
16.09.2025 - Bakı şəhər sakini Afaq Qasımova
Bakı şəhər sakini Afaq Qasımova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
16.09.2025 - Vətəndaş Rəşad Əliyev
Vətəndaş Rəşad Əliyev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında onun qarşılaşdığı problemin həllində göstərdikləri köməkliyə, həmçinin sorğularının ətraflı cavablandırılmasına görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür ifadə olunur.
16.09.2025 - Vətəndaş Rəşad Hüseynov
Vətəndaş Rəşad Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə, o cümlədən onun övladının təhsil aldığı məktəbdə narkomaniya əleyhinə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən R.Hüseynov DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
16.09.2025 - Vətəndaş Pərviz Həziyev
Vətəndaş Pərviz Həziyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında obyektiv araşdırmalar aparıldığını bildirir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
16.09.2025 - Vətəndaş Rəmziyə Mehtiyeva
Vətəndaş Rəmziyə Mehtiyeva üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.09.2025 - Vətəndaş Lalə Vahabova
Vətəndaş Lalə Vahabova ünvanladığı müraciətinə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək minnətdarlığını bildirir.
16.09.2025 - Abşeron rayon sakini İmaməddin Qanışov
Abşeron rayon sakini İmaməddin Qanışov müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasına görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
16.09.2025 - Vətəndaş Elvin Hacızadə
Vətəndaş Elvin Hacızadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında obyektiv araşdırmalar aparıldığını bildirir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.