Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bərdə rayon sakini Duman Zeynalov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

İmişli rayon sakini, şəhid atası Səməd Cabbarov DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Cəbrayıl RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Samux rayon sakini Namilə Məmmədova və Gəncə şəhər sakini Nurlana Əliyeva DİN-ə ünvanladıqları təşəkkür məktublarında üzləşdikləri dələduzluq faktı ilə bağlı etdikləri müraciətlərinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Gəncə ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş İlham Həsənov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə Şahbuz Rayon Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Şaiq Rəhmanov məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsində və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, qəbul edilərək verilmiş qanuni izahlara görə qeyd olunan idarələrin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Turanə Əliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və həyata keçirilmiş tədbirlərə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Müşfiqə Həsənova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, obyektivliyə və həyata keçirilmiş tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.   

Şahbuz rayon sakini, şəhid ailəsi Vüqar Cəfərov üzləşdiyi problemlə bağlı müraciəti üzrə Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsində obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, şəhid ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Naxçıvan ŞPİ DYPB-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Mehriban Quliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verdim və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ yardım göstərildi. Buna görə də, DİN-in və Xətai RPİ-nin rəhbərliyinə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm”.