Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zaur Kazımov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət etdiyini qeyd edir. Z.Kazımov vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə DİN-in rəhbərliyinə, o cümlədən Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nihad Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Vüsal Məmmədov məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Yamin Cəfərov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vəfa İsazadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, sosial şəbəkə hesablarında ictimailəşdirdiyi məsələyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ reaksiya verildiyini və qısa müddət ərzində qanunamüvafiq tədbirlərin görüldüyünü qeyd edərək müraciətinin qısa müddət ərzində müsbət həllinə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Vəfa İsmayılova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı dələduzluq olması ilə bağlı Daxili İşlər Nazirliyinə onlayn qaydada və Yasamal Rayon Polis İdarəsinə ərizə ilə rəsmi müraciət etmişdim. Müraciətim ilə bağlı Yasamal Rayon Polis İdarəsində qəbul edildim, dinlənildim, müraciətim nəzarətə götürüldüyü bildirildi. Polis əməkdaşları tərəfindən araşdırılma aparılıb mənə dəyən ziyanın tam ödənilməsi təmin edildi. Müraciətimə operativ şəkildə baxıldığı və bizə göstərilən diqqətə görə DİN-in və Yasamal RPİ-nin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Yaşasın, Azərbaycan polisi!”.

Bakı şəhər sakini Xədicə Əzizova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “5 sentyabr 2025-ci il tarixində Pirallahı rayonunda iş yerimə gedərkən səhhətim pisləşdi. Bu zaman yaxınlıqda olan Post-Patrul Xidməti Bölüyünün əməkdaşları mənə yaxınlaşıb öz köməklərini göstərdilər. Bunun üçün həmin polis əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.

Vətəndaş İsmət Qədirov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “30 avqust 2025-ci il tarixində mənim üçün çox əhəmiyyətli olan pulqabımı itirmişdim və ya oğurlanmışdı. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyatçılarının müdaxiləsi ilə tapılaraq mənə təhvil verildi. Bu bölmənin rəhbərliyinə və bütün əməkdaşlarına xüsusi minnətdarlığımı bildirirəm”.

Vətəndaş Mais Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə Nərimanov Rayon Polis İdarəsinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.