Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Elvin Zamanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş Jibek Xanifova müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Mahur Zülfüqarov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi oğurluqla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və həyata keçirilmiş tədbirlərlə oğurlanmış məişət əşyasının tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətinin müsbət həll olunmasına görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Anar Həmidov məktubunda üzləşdiyi problemlə bağlı polisə etdiyi müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Elmar Ramazanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirərək həyata keçirilmiş tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Adil Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirərək həyata keçirilmiş tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Vüqar Budaqov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinin operativ tədbirlərlə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Şəbləm Məhədli məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müvafiq tədbirlərin görüldüyünü və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Gülşən Əliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinin obyektiv araşdırıldığını, müsbət həll olunduğunu və dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə təşəkkür edir.