Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.09.2025 - Vətəndaş Mehman Qənbərov
Vətəndaş Mehman Qənbərov öz məktubunda üzləşdiyi problemlə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
22.09.2025 - Şahbuz rayon sakini Elnarə Bağırova
Şahbuz rayon sakini Elnarə Bağırova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
22.09.2025 - Şahbuz rayon sakini Pirməmməd Süleymanov
Şahbuz rayon sakini Pirməmməd Süleymanov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.
22.09.2025 - Vətəndaş Kamran Abbasov
Vətəndaş Kamran Abbasov itən pul qabısını tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Pirallahı Rayon Polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşlarına təşəkkür edir.
22.09.2025 - Sosial şəbəkə istifadəçisi Elgiz Hüseynli
Sosial şəbəkə istifadəçisi Elgiz Hüseynli müraciətinə operativ reaksiya verilməsinə və itən mobil telefonunu taparaq ona təhvil verdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.09.2025 - Sosial şəbəkə istifadəçisi Kamran Həsənzadə
Sosial şəbəkə istifadəçisi Kamran Həsənzadə ona qarşı edilən oğurluq ilə bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparıldığına və dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
22.09.2025 - Şahbuz rayon sakini Nəsimi Məmiyev
Şahbuz rayon sakini Nəsimi Məmiyev müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.
19.09.2025 - Vətəndaş Sənubər Həsənova
Vətəndaş Sənubər Həsənova məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə qəbul edildiyini, hüquq və vəzifələrinin ona izah olunduğunu yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilmiş diqqətə və köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.
19.09.2025 - Bakı şəhər sakini Əjdər Yunusov
Bakı şəhər sakini Əjdər Yunusov məktubunda övladının Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunduğunu yazır. O, məktubunda bu nailiyyətin sevincini bölüşərək Polis Akademiyasında yaradılan şəraitə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.