Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.08.2025 - Sosial şəbəkə istifadəçisi Fariz Həsənov
Sosial şəbəkə istifadəçisi Fariz Həsənov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.
20.08.2025 - Bakı şəhər sakini Samir Cəfərov və Goranboy rayon sakini Elşad Musayev
Bakı şəhər sakini Samir Cəfərov və Goranboy rayon sakini Elşad Musayev Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlıqlarını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.
20.08.2025 - Quba rayon sakini Vüsal Şükürov
Quba rayon sakini Vüsal Şükürov özünə məxsus avtomobildən oğurluq edən şəxsin qısa zaman kəsiyində yaxalanmasına, eləcə də müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Quba rayon sakini Nurlan Dənyarov
Quba rayon sakini Nurlan Dənyarov itkin düşən azyaşlı qızının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Quba rayon sakini Pünhan Nəzərov
Quba rayon sakini Pünhan Nəzərov müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Quba rayon sakini Ruslan Aslanov
Quba rayon sakini Ruslan Aslanov etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Xaçmaz rayon sakini Leyla Muxammatova
Xaçmaz rayon sakini Leyla Muxammatova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Xaçmaz rayon sakini Murad Manquliyev
Xaçmaz rayon sakini Murad Manquliyev itən mobil telefonunun qısa zaman ərzində tapılaraq geri qaytarılmasına görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Xaçmaz rayon sakini Murad Nurəliyev
Xaçmaz rayon sakini Murad Nurəliyev itən fotoaparatının qısa zaman ərzində tapılaraq geri qaytarılmasına görə Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.