Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əfrasyat Babazadə məktubunda paytaxtın Xəzər rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-də aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını yazır. O, obyektivliyə və operativliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, xidməti fəaliyyətlərində uğurlar arzulayır.

Pirallahı rayon sakini İlqar Kazımov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında 2 iyul-Azərbaycan Polisi Günü münasibətilə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarını və Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Murad Qədimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu bildirir. M.Qədimov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Kamil Allahverdiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev məktubunda müraciəti ilə əlaqədar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Amid Əhmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin obyektiv şəkildə araşdırılmasına və ona lazımi köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Vidadi Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

 

Vətəndaşlar Lütfi Zamanov və Samirə Qasımova məktublarında müraciətlərinə operativ qaydada baxılmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

 

Sədərək rayon sakini Həcər İsmayılova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.