Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.08.2025 - Vətəndaş Elçin Əzizov
Vətəndaş Elçin Əzizov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
21.08.2025 - Bakı şəhər sakini Mehdi Məmmədov
Bakı şəhər sakini Mehdi Məmmədov məktubunda üzləşdiyi kiberdələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
21.08.2025 - Vətəndaş Ayşən Cəbiyeva
Vətəndaş Ayşən Cəbiyeva DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında itmiş əşyası ilə bağlı müraciətinə həssaslıqla yanaşıldığına və ona göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.08.2025 - Vətəndaş Etibar Babayev
Vətəndaş Etibar Babayev hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.08.2025 - Bakı şəhər sakini Rüfət Xələfov
Bakı şəhər sakini Rüfət Xələfov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
21.08.2025 - Vətəndaş Saleh Əlizadə
Vətəndaş Saleh Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə dəvət olunduğunu, hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalar aparıldığını bildirir.
21.08.2025 - Vətəndaş Simuzər Həsənova
Vətəndaş Simuzər Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
21.08.2025 - Vətəndaş Günel Məmmədova
Vətəndaş Günel Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, itkin düşmüş övladları ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinə həssas yanaşıldığına, qısa zamanda keçirilən operativ tədbirlərlə övladlarının tapılaraq ona təhvil verilməsinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir və qürur duyduğunu ifadə edir.
21.08.2025 - Vətəndaş Mirağa Məmmədov
Vətəndaş Mirağa Məmmədov ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə probleminin müsbət həll olunduğunu qeyd edərək Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.