Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.08.2025 - Vətəndaş Ruslan Muradzadə
Vətəndaş Ruslan Muradzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirilərək müvafiq köməklik göstərildiyini bildirir.
O, operativliyə, obyektivliyə və göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
21.08.2025 - Sabirabad rayon sakini Pərviz Məmmədov
Sabirabad rayon sakini Pərviz Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına təşəkkür edir.
21.08.2025 - Vətəndaş Murad Şammədov
Vətəndaş Murad Şammədov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
21.08.2025 - Naxçıvan şəhər sakini Taleh Hacıyev
Naxçıvan şəhər sakini Taleh Hacıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlərinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
21.08.2025 - Abşeron rayon sakini Zəhra Şəliyeva
Abşeron rayon sakini Zəhra Şəliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, polis orqanına dəvət edilərək hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
21.08.2025 - Vətəndaş Bəhruz Həsənov
Vətəndaş Bəhruz Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanına dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalar aparıldığını bildirir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
21.08.2025 - Vətəndaş Rüfət Əzimli
Vətəndaş Rüfət Əzimli DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən operativ və çevik reaksiya göstərildiyini bildirir. O, edilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
21.08.2025 - Naxçıvan Muxtar Respublikası, Ordubad rayon sakini Fərhad Baxşıyev
Naxçıvan Muxtar Respublikası, Ordubad rayon sakini Fərhad Baxşıyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, itirdiyi mobil telefonunun tapılmasında göstərilən köməkliyə və həssas münasibətə görə Azərbaycan polisi ilə qürur duyduğunu bildirir.
21.08.2025 - Naxçıvan Muxtar Respublikası, Şahbuz rayon sakini Niyaməddin Cəfərov
Naxçıvan Muxtar Respublikası, Şahbuz rayon sakini Niyaməddin Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə müraciətinin qısa müddətdə yüksək peşəkarlıqla müsbət həll olunduğunu qeyd edir.