Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini İlqar Bağırov etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Ucar rayon sakini Ayxan Kərimov DİN-ə ünvanladığı məktubunda başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Hüseyn Rzayev Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Kamil Hüseynov və Mübariz Məmmədov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə yazdıqları təşəkkür mesajlarında xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Bakı şəhər sakini Lalə Mərdanova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Rəqsanə Qasımova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə diqqətlə yanaşılmasına görə Pirallahı Rayon Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Fərhad Məmmədov DİN-ə ünvanladığı məktubda üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı aparılan araşdırmanın gedişatından razı olduğunu bildirərək  Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nəzakət Novruzova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Şahbuz rayon sakini Mübariz Alməmmədov DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.