Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaşlar Günel Bayramova, Vəfa İsmayılova və Anar Səlimov məktublarında müraciətlərinə operativ qaydada baxılmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Rəhimə Əliyeva teleqramında Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Mingəçevir şəhər sakini Vaqif Hüseynov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Yevlax RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Vüsalə Məmmədli məktubunda Nizami rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, obyektivliyə və operativliyə görə Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Araz Abdullazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında motosikletinin oğurlanması ilə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət etdiyini, həyata keçirilmiş operativ tədbirlərlə motosikletinin qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və müraciətinin müsbət həll olunmasında göstərilmiş köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Rail Səfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. R.Səfərov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Jurnalist İlqar Qasımov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, təhlükəsiz şəhər kamerasının quraşdırılması ilə bağlı hesabında paylaşaraq ictimailəşdirdiyi məsələyə DİN tərəfindən operativ reaksiya verildiyini və dərhal müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib. İ.Qasımov vətəndaş müraciətlərinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Kamran Yusifzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Baş Dövlət Yol Polisi İdarəsində müvafiq araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu qeyd edərək BDYPİ-nin əməkdaşlarına təşəkkür edir. 

Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Dəmirçi kənd sakini Aytac Ələkbərova məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.