Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.08.2025 - Bakı şəhər sakini Gülnar Məmmədova
Bakı şəhər sakini Gülnar Məmmədova DİN-ə ünvanlandığı məktubunda müraciətinə operativ baxıldığını bildirir və Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
25.08.2025 - Vətəndaş Nadir Cəfərova
Vətəndaş Nadir Cəfərova müraciətinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Qazax RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
25.08.2025 - Vətəndaş Nərgiz Manafova
Vətəndaş Nərgiz Manafova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.08.2025 - Vətəndaş Səyavuş Əliyev
Vətəndaş Səyavuş Əliyev avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
25.08.2025 - Şahbuz rayon sakini Pərviz Alməmmədov
Şahbuz rayon sakini Pərviz Alməmmədov müraciətinə çevik reaksiya verilərək obyektiv araşdırma aparılmasına, humanistliyə və vətəndaş məmnunluğunun təmin edilməsinə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.08.2025 - Biləsuvar rayon sakini Şahin Həbiyev
Biləsuvar rayon sakini Şahin Həbiyev öz məktubunda ictimai qaydanın və asayişin etibarlı qorunmasına, humanistliyə və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
25.08.2025 - Vətəndaş Simuzər Azayeva
Vətəndaş Simuzər Azayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında peşəkarlığa, müraciətlərin obyektiv araşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə Nəriman Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
25.08.2025 - Cəlilabad rayon sakini Mirzəxan Mehdiyev
Cəlilabad rayon sakini Mirzəxan Mehdiyev öz məktubunda müraciəti ilə əlaqədar göstərilən diqqətə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
25.08.2025 - İmişli rayon sakini Vüsal Abdullayev
İmişli rayon sakini Vüsal Abdullayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.