Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.08.2025 - Sosial şəbəkə istifadəçisi Xanım Ağayeva
Sosial şəbəkə istifadəçisi Xanım Ağayeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında bank kartından oğurluq edən şəxsin müəyyən olunaraq saxlanılmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
22.08.2025 - Sosial şəbəkə istifadəçisi Adil Babayev
Sosial şəbəkə istifadəçisi Adil Babayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
22.08.2025 - Bakı şəhər sakini Vüqar Abişli
Bakı şəhər sakini Vüqar Abişli DİN rəhbərliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəhbərliyi başda olmaqla Azərbaycan Pollisinə minnətdarlıq edir.
22.08.2025 - Sosial şəbəkə istifadəçisi Fidan Qardaşxanova
Sosial şəbəkə istifadəçisi Fidan Qardaşxanova müraciətinə operativ baxılaraq probleminin qısa müddətdə müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin kollektivinə təşəkkürünü bildirir.
22.08.2025 - Vətəndaş Səyyarə Qasımova
Vətəndaş Səyyarə Qasımova DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.08.2025 - Vətəndaş Qüdrət Bəndalıyev
Vətəndaş Qüdrət Bəndalıyev DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
22.08.2025 - Vətəndaş Mehzər Əmirli
Vətəndaş Mehzər Əmirli DİN-in “Instagram” səhifəsinə mesajında qohumunun iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə Xətai Rayon Polis İdarəsinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.08.2025 - Vətəndaş Cavid Xanlarov
Vətəndaş Cavid Xanlarov DİN-in “Instagram” səhifəsinə mesajında yaxın qohumunun üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.08.2025 - Vətəndaş Duanna Quliyeva
Vətəndaş Duanna Quliyeva DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.