Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Salyan rayon sakini Əli Nəcəfov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına təşəkkür edir.

Ağdam rayon sakini Ruslan İsmayılzadə peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Yevlax rayon sakini İlhamə Abdullayeva müraciətinin müsbət həll edilməsinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Xəqani İsmayılov müraciətinin müsbət həllinə görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkürünü bildirir.

Füzuli rayon sakini Əmir Qurbanov müraciətinin müsbət həll edilməsinə görə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə  təşəkkür edir.

Vətəndaş Əsmər Muradova məktubunda Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həll olunduğunu qeyd edərək vətəndaş müraciətlərinə həssaslıq yanaşılmasına və göstərilən köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Aytəkin Bayramova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini bildirir. 
O, obyektivliyə və göstərilmiş köməkliyə görə Sumqayıt ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Məltəm Qurbanzadə məktubunda üzləşdiyi problemlə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət etdiyini, həyata keçirilmiş operativ tədbirlərlə müraciətinin müsbət həll olunduğunu bildirir.
O, operativliyə və göstərilmiş köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Tərlan Demirov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.