Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elxan Əhmədov və Samirə Əlizadə Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə ünvanladıqları təşəkkür mesajlarında xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Ramal Rzayev Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Nicat Cəfərov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Aftandil Dünyamalıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nəsimi rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsində aparılmış araşdırmanın nəticəsindən razı olduğunu bildirir. A.Dünyamalıyev vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə, operativliyə və göstərilmiş köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Səməd Abdullayev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Zaur Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Paytaxt sakini Günel Cəfərova məktubunda müraciəti üzrə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində obyektiv araşdırma aparıldığını, müvafiq tədbirlərin həyata keçirildiyini və müsbət həllinin təmin edildiyini bildirir. O, polisin vətəndaşların güvən yeri olduğunu qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən diqqət və köməklik üçün Qaradağ RPİ-nin əməkdaşlarına təşəkkür edir. 
  

Vətəndaş Əli İsrafilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına, həmçinin göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kənd sakini Həsən Əsədov məktubunda müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.