Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.10.2025 - Qaradağ rayon sakini Azər Qasımov
Qaradağ rayon sakini Azər Qasımov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
02.10.2025 - Bakı şəhər sakini Vüsal Cəlilov
Bakı şəhər sakini Vüsal Cəlilov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda axtarışla bağlı müraciətinə operativ baxıldığını, polis əməkdaşları tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
V.Cəlilov müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə, Baş Cinayət Axtarışı İdarəsinin və Şərur Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.10.2025 - Şamaxı rayon sakini Zərinə Zülfüqarova
Şamaxı rayon sakini Zərinə Zülfüqarova müraciətinə operativ reaksiya verildiyinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
01.10.2025 - Ağsu rayon sakini Vasif Vahidov
Ağsu rayon sakini Vasif Vahidov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2025 - Mingəçevir şəhər sakini Raginə Qasımova
Mingəçevir şəhər sakini Raginə Qasımova müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2025 - Vətəndaş Toğrul Məmmədov
Vətəndaş Toğrul Məmmədov müraciətinin müsbət həll olunmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2025 - Vətəndaş Qadir Paşayev
Vətəndaş Qadir Paşayev müsbət həll olunmasına görə, Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2025 - Mingəçevir şəhər sakini Elvin Quliyev
Mingəçevir şəhər sakini Elvin Quliyev müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.10.2025 - Ağsu rayon sakini İsbatalı Piriyev
Ağsu rayon sakini İsbatalı Piriyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.