Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.09.2025 - Vətəndaş Dədəli Ağayev
Vətəndaş Dədəli Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq köməkliyin göstərildiyini qeyd edərək müraciətinin müsbət həll olunmasında göstərilmiş köməklik üçün həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.
01.09.2025 - Vətəndaş Mətanət Əliyeva
Vətəndaş Mətanət Əliyeva məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir.
O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında və dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
01.09.2025 - Vətəndaş Elxan Quliyev
Vətəndaş Elxan Quliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə etdiyi müraciəti əsasında Naxçıvan Şəhər Polis İdarəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi rəhbərliklərinə, obyektivliyə və göstərilmiş köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
01.09.2025 - Vətəndaş Samir Əzizov
Vətəndaş Samir Əzizov “Facebook” sosial şəbəkə səhifəsində Azərbaycan polisinə təşəkkür postu paylaşıb:
“Təcili tibbi yardım komandası olaraq Ağsu rayonundan xəstəni transport etməyə gedərkən yolda gözlənilməz hadisə ilə üzləşdik. Xidməti avtomobilimizin təkəri qəfil partladı.
Komanda olaraq dərhal təkəri dəyişməyə cəhd göstərdik. Lakin problemi həll edə bilmədik.
Məhz bu məqamda “xalqın polisi” ifadəsinin əsl mənası ilə şahidi olduq. Polis əməkdaşı xidməti avtomobili ilə yanımıza gəldi. O, vəziyyətimizi görən kimi dərhal müvafiq köməkliyin göstərilməsini təmin etdi. Üstəlik, özü də işin içində oldu, hər addımda bizə kömək etdi və problemin tez bir zamanda həllinə şəxsən dəstək göstərdi.
Bu davranış sadəcə texniki yardım deyildi. Bu, vicdanın, insaniyyətin, peşəkarlığın və xalqa xidmət ruhunun bariz nümunəsi idi. Belə polis əməkdaşları vətəndaşın dövlətinə olan inamını daha da gücləndirir, “Polis xalq üçündür” prinsipinin real həyatda necə işlədiyini göstərir.
Biz təcili tibbi yardım komandası olaraq göstərdiyi dəstəyə görə Azərbaycan polisinə dərin minnətdarlığımızı bildiririk.
Hər kəsin başına bu cür çətinlik gələ bilər. Ancaq belə vicdanlı, fədakar və işinə sədaqətli Azərbaycan polisləri olduğu müddətcə xalqımızın güvəni daim möhkəm qalacaq.
Var olsun Azərbaycan Polisi!”
01.09.2025 - Quba rayon sakini Ofilə Əzizova
Quba rayon sakini Ofilə Əzizova onlayn dələduzluqla bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2025 - Quba rayon sakini Bəhruz Əlimirzəyev
Quba rayon sakini Bəhruz Əlimirzəyev ona dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərildiyinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2025 - Quba rayon sakini Rafiq Təhməzov
Quba rayon sakini Rafiq Təhməzov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2025 - Quba rayon sakini Nazlı Nəcəfova
Quba rayon sakini Nazlı Nəcəfova ailə-məişət problemləri ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2025 - Quba rayon sakini Əhməd Məmmədov
Quba rayon sakini Əhməd Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.