Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəki rayon sakini Qabil Nurəliyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Tamerlan Alyarov avtomobilinin təkərinin deşilməsi nəticəsində düşdüyü çətin vəziyyətdən onu çıxaran, eləcə də yararsız hala düşən təkərin ehtiyat təkərlə əvəzlənməsində göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin DYPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Ceyhun Rüstəmov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Xətai RPİ-nin 34-cü PB-nin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Qismət Hümmətzadə etdiyi müraciətə operativ baxıldığına və obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünə görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Türkan Əzizzadə oğurlanan mobil telefonunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Emin Mahmudov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir, hüquq və vəzifələrinin izah olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Elvin Mirzəyev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir, hüquq və vəzifələrinin izah olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Təbriz Əsgərzadə müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Nicat Qurbanov xəsarət ilə nəticələnən yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə operativ baxılaraq obyektiv araşdırma aparılmasına və göstərilən xüsusi diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.